...

Dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 13%-ə yaxın artıb

İqtisadiyyat Materials 15 May 2025 13:47 (UTC +04:00)
Dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 13%-ə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Dəniz nəqliyyatı ilə bu ilin yanvar-aprel aylarında daşınan yüklərin həcmi 2,946 milyon ton təşkil edib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,7% çoxdur. Yüklərin 48,5%-ini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 4,543 milyon ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3,798 milyon tonunu və ya 83,6%-ini tranzit yüklər təşkil edib. 2025-ci il may ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 193,1 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1% azalaraq 7,9 min nəfər olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,0% və 5,7% artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 76,1 milyon ton yük daşınıb. Yüklərin 3,9%-i dəniz, 7,5%-i dəmir yolu, 0,2%-i hava, 59,2%-i avtomobil nəqliyyatı, 29,2%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 4,4% artıb, daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,4% təşkil edib. 2025-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 659,6 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,3%-i avtomobil nəqliyyatı, 11,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti