Bakı. Trend:
Bakı Slavyan Universitetinin (BSU) birinci, ikinci tədris binaları və yataqxanası təmir olunacaq.
Trend xəbər verir ki, artıq bununla bağlı işlərə başlanılıb.
Belə ki, universitet sözügedən işləri icra edəcək şirkət axtarışındadır.
Eyni zamanda, BSU iki tədris binasının və yataqxananın təmirinin 1 842 327 manata başa gələcəyini proqnozlaşdırıb.