Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 71,9 min ton maye qazlar istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,3 min ton və ya 5,6% azdır.
Belə ki, ötən ilin yanvar-aprel aylarında ölkədə 76,2 min ton maye qazlar istehsal edilmişdi.
Bu ilin mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 1,6 min ton təşkil edib.