...

Gənclərin məşğulluq böhranının həllində təkcə özəl sektorun iştirakı yetərli deyil - "Generation Unlimited"

İqtisadiyyat Materials 19 May 2025 16:25 (UTC +04:00)
Gənclərin məşğulluq böhranının həllində təkcə özəl sektorun iştirakı yetərli deyil - "Generation Unlimited"
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Gənclərin məşğulluq böhranının həllində təkcə özəl sektorun iştirakı yetərli deyil.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu “Generation Unlimited”in baş icraçı direktoru Kevin Frey Valid İslam İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Əlcəzairdə keçirilən 13-cü Gənclərin İnkişaf Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gənclərin məşğulluğu ilə bağlı böhranın həlli üçün təkcə özəl sektorun iştirakı yetərli deyil – bütün maraqlı tərəflərin tərəfdaşlığına əsaslanan kompleks yanaşma zəruridir.

“Biz, həqiqətən, tələbə köklənməliyik, lakin özəl sektor bu problemin öhdəsindən təkbaşına gələ bilməz”, -deyə o vurğulayıb.

Baş icraçı direktor “Generation Unlimited” təşəbbüsünü ənənəvi modellərdən fərqlənən yeni tərəfdaşlıq forması kimi təqdim edərək deyib:

“Bu, sadəcə dövlət-özəl tərəfdaşlığı deyil. Bu, dövlət-özəl-gənclər tərəfdaşlığıdır – PPYP. Gənclər danışıqlar masasının arxasında əyləşməli, qərarların həmtəsisçisinə çevrilməlidirlər”.

O əlavə edib ki, “Generation Unlimited” BMT-nin mandatı altında fəaliyyət göstərir və özəl sektor, hökumətlər, beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyəti və gəncləri birləşdirərək, gənclərin təhsili və məşğulluğu üzrə genişlənə bilən proqramlar yaradır.

“Mən SAP-ın idarə heyətinin sədri, Avropanın ən dəyərli şirkətinin rəhbəri Kristian Kleyn də daxil olmaqla, dünyanın ən iri şirkətlərinin CEO-ları, “Microsoft”, “PwC”, “Capgemini”, “Accenture” nümayəndələri, BMT agentliklərinin rəhbərləri və nazirlərdən ibarət şuraya hesabat verirəm. Onları bir məqsəd birləşdirir – gənclərin təhsili və məşğulluğu üçün miqyaslana bilən proqramlar yaratmaq”, – baş icraçı direktor qeyd edib.

O vurğulayıb ki, hazırda "Generation Unlimited" 57 ölkədə fəaliyyət göstərir və PPYP modelini milli səviyyədə fəal şəkildə tətbiq edir.

“Biz özəl sektoru cəlb edirik, çünki məhz onlar hansı bacarıqlara ehtiyac olduğunu bilir və bu bacarıqları səmərəli öyrədir – axı öz işçilərini də onlar hazırlayırlar. Bu bilikləri sonradan dövlət sistemləri vasitəsilə tətbiq edərək kütləvilik və dayanıqlılıq əldə edirik”, – baş icraçı direktor bildirib.

“Qarşımıza cəsarətli məqsəd qoymuşuq – 2030-cu ilədək 20 milyon gənci rəqəmsal və süni intellekt bacarıqlarını öyrətmək. Artıq səkkiz ölkədə 5 milyon gənc təlim keçib. Biz miqyasımızı genişləndirməkdəyik”, – o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti