Əlcəzair. Trend:
Proqnozlara əsasən Tacikistanın sukuk bazarı 2028-2033-cü illərdə fəal şəkildə inkişaf edəcək.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankı (AAİB), İslam Bankı İnstitutu (İsDBI) və London Fond Birjası Qrupunun (LSEG) İslam İnkişaf Bankının Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində təqdim olunan birgə hesabatında qeyd olunur.
“Proqnozlara əsasən, Tacikistanda islam bankçılığı aktivlərinin həcmi 2028-ci ildə 132 milyon ABŞ dollarına, 2033-cü ildə isə 562 milyon ABŞ dollarına qədər artacaq. Sukuk bazarı da yüksək templi inkişaf sərgiləyəcək: buraxılmış sukukların həcmi 2028-ci ildə 57 milyon ABŞ dollarına, 2033-cü ildə isə 155 milyon ABŞ dollarına çata bilər”, – hesabatda bildirilir.
Hesabatın müəllifləri qeyd edirlər ki, 2023-cü ilin sonuna olan vəziyyətə əsasən, islam bankçılığının ölkənin bank sektorunda 1,1% paya malik olması faktını nəzərə alaraq onun böyük inkişaf potensialı mövcuddur.