Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidməti buldozerlər sifariş edəcək.
Trend-in məlumatına görə, qurum 10 ədəd buldozerin satın alınması ilə bağlı müvafiq işlərə başlayıb.
Satın alınacaq nəqliyyat vasitələrinin 7-nin mühərrik həcminin 220, 3 ədədinin isə 160 at gücünə malik olması əsas şərtlərdəndir.
Dövlət xidməti hazırda sözügedən nəqliyyat vasitələrini təhvil verəcək şirkət axtarışındadır.
Eyni zamanda, qurum buldozerlərin satın alınmasının təqribən 3 milyon manata başa gələcəyini ehtimal edib.