Bakı. Trend:
Bu ilin may ayının 1-nə Azərbaycanda kommersiya banklarının xalis xarici aktivlərinin ümumi dəyəri 5,168 milyard manat təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,3 milyard manat və ya 33,8% çoxdur.
Bundan başqa, cari ilin ilk 4 ayında kommersiya banklarının məcmu xarici aktivləri 8,778 milyard manat, 2024-cü ilin eyni dövründə isə 7,150 milyard manat təşkil edib.
Aydın olur ki, kommersiya banklarının məcmu xarici aktivləri bir il ərzində 1,6 milyard manat və ya 22,8% artıb.
Onu da əlavə edək ki, bu ilin mayın 1-nə kommersiya banklarının xarici öhdəliklərində 2,370 milyard manat defisit baş verib.
Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin mayın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 28,924 milyard manat təşkil edib. Bu, aylıq müqayisədə 665,8 milyon manat və ya 2,4%, ötən ilin mayın 1-nə nisbətən isə 2,643 milyard manat və ya 10,1% çoxdur.
Eyni zamanda hesabat dövründə bankların xalis daxili aktivləri isə 18,282 milyard manata bərabər olub ki, bu da cari ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 188,9 milyon manat və ya 1%, ötən ilin mayın 1-nə nisbətən isə 713,1 milyon manat və ya 3,8% azdır.