...

Azərbaycanda məişət soyuducularının istehsalı 2,5 dəfə artıb

İqtisadiyyat Materials 9 İyun 2025 16:16 (UTC +04:00)
Azərbaycanda məişət soyuducularının istehsalı 2,5 dəfə artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 364 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, məişət soyuducuları və dondurucularının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 219 ədəd və ya 2,5 dəfə artıb. Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 145 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilmişdi.

Cari ilin may ayının birinə ölkədə hazır məişət soyuducuları və dondurucularının ehtiyatı 41 ədəd olub.

Qeyd edək ki, hesabat dövründə ölkədə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 73,8 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 6,3% artıb, elektrik avadanlıqlarının istehsalı isə 5,4% azalıb.

Bu ilin yanvar-aprel ayları ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 2,7 dəfə, noutbukların istehsalı 71,7% artıb, güc transformatorların istehsalı isə 52,6% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti