Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İtaliyaya 3,602 milyard ABŞ dolları dəyərində 6,821 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 881 milyon ABŞ dolları və ya 32,4%, həcm ifadəsində isə 2,547 milyon ton və ya 59,6% çoxdur.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan İtaliyaya 2,721 milyard ABŞ dolları dəyərində 4,274 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilmişdi.
Dövr ərzində İtaliya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18 ölkəyə 6,4 milyard ABŞ dolları dəyərində 12 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 602,8 milyon ABŞ dolları və ya 8,6% az, həcm ifadəsində isə 947,5 min ton və ya 8,5% çoxdur.