Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dəniz nəqliyyatı ilə yük və sərnişin daşınmasından 194,296 milyon manat gəlir əldə edib.
Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,4% artım deməkdir.
Hesabat dövründə dəniz nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 194,094 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.
Eyni zamanda dövr ərzində dəniz nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan gəlir isə 202,4 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 80,2% azdır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 6,963 milyon ton yük (9,5% çox) və (19,3 min sərnişin 9,8% az) daşınıb.
