...

AİB Azərbaycanda davamlı inkişaf layihəsinin maliyyələşdirilməsini nəzərdən keçirir

İqtisadiyyat Materials 19 Dekabr 2025 09:35 (UTC +04:00)
AİB Azərbaycanda davamlı inkişaf layihəsinin maliyyələşdirilməsini nəzərdən keçirir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycanda dayanıqlı inkişaf məqsədləri naminə strateji qarşılıqlı fəaliyyətin gücləndirilməsi” layihəsinin həyata keçirilməsi üçün Xüsusi Texniki Yardım Fondundan 225 min ABŞ dolları məbləğində vəsaitin ayrılması imkanını nəzərdən keçirir.

Trend bu barədə AİB-ə istinadən xəbər verir.

Təklif olunan texniki yardım Azərbaycanın daha strateji, məlumatlara əsaslanan və gələcəyə yönəlmiş proqramlar hazırlamasına dəstək göstərilməsinə, habelə hökumətin inkişaf sahəsində yaranan çağırışlara cavab vermək potensialının gücləndirilməsinə yönəlib.

Təşəbbüsün təsdiqlənəcəyi təqdirdə, onun vaxtında və yüksək keyfiyyətli analitik və məsləhət xarakterli dəstək təmin edəcəyi, bununla da dövlət siyasətinin planlaşdırılması və icrası proseslərinin təkmilləşdirilməsinə töhfə verəcəyi gözlənilir.

Layihənin əsas nəticələri hədəfli analitik məhsulların hazırlanmasını və texniki məsləhətlərin təqdim olunmasını, həmçinin yüksək səviyyəli siyasi dialoqun və maraqlı tərəflər arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, 31 dekabr 2024-cü il tarixinə AİB Azərbaycan üçün dövlət sektorunda kreditlər, qrantlar, zəmanətlər və texniki yardım daxil olmaqla ümumilikdə 4,4 milyard ABŞ dolları məbləğində 71 layihəni təsdiqləyib. AİB-in Azərbaycandakı mövcud suveren portfelinin ümumi məbləği 613,68 milyon ABŞ dolları olan iki kredit və bir suveren zəmanətdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti