...

Azərbaycanda 11 ayda təxminən 300 milyon dollar dəyərində qızıl ixrac edib

İqtisadiyyat Materials 30 Dekabr 2025 10:13 (UTC +04:00)
Azərbaycanda 11 ayda təxminən 300 milyon dollar dəyərində qızıl ixrac edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 297,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 110,8 milyon ABŞ dolları və ya 59,4% çoxdur.

Təkcə noyabrda isə Azərbaycan 20,6 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,6 milyon ABŞ dolları və ya 11,2% azalma deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti