Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 163,4 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50,6 milyon ABŞ dolları və ya 44,9% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə ölkədən 112,8 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilmişdi.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.
