Bakı. Trend:
Bu ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən inşaat vә tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1,861 milyard manata çatıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 29,1 milyon manat və ya 1,6% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 91 milyon manat və ya 4,7% azdır.
Qeyd edək ki, ümumilikdə bu ilin dekabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,009 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 294,5 milyon manat və ya 0,9%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,4 milyard manat və ya 8,3% artım deməkdir.
