...

Ötən il dövlət büdcəsinin gəlirləri 5%-dən çox icra edilib

İqtisadiyyat Materials 28 Yanvar 2026 15:08 (UTC +04:00)
Ötən il dövlət büdcəsinin gəlirləri 5%-dən çox icra edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində dövlət büdcəsinin gəlirləri 39,131 milyard manat təşkil etməklə 2024-cü illə müqayisədə 5,3 faiz və ya 1,969 milyard manat çox icra edilib.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 24,650 milyard manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 269,3 milyon manat və ya 1,1 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 16,353 milyard manatı və ya 41,8 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 14,481 milyard manatı və ya 37,0 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 6,370 milyard manatı və ya 16,3 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 679,7 milyon manatı və ya 1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 46,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 1,201 milyard manatı və ya 3,1 faizi isə sair daxilolmaların payına düşür.

2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 2024-cü illə müqayisədə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 1700,0 milyon manat və ya 13,3 faiz, vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 545,5 milyon manat və ya 3,5 faiz, dövlət əmlakının icarəyə verilməsindən və sair daxilolmalar üzrə 120,8 milyon manat və ya 10,7 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 131,8 milyon manat və ya 24,1 faiz çox, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 278,8 milyon manat və ya 4,2 faiz az vəsait daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti