...

Azərbaycan karbamid ixracından gəlirini 35%-dən çox artırıb

İqtisadiyyat Materials 30 Yanvar 2026 11:04 (UTC +04:00)
Azərbaycan karbamid ixracından gəlirini 35%-dən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan 170,8 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 44,6 milyon ABŞ dolları və ya 35,3% çoxdur.

Təkcə ötən ilin dekabrında isə Azərbaycan 7 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 47,8 % azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ dollarına bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti