...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinini rəhbəri: "Azərbaycanda qiymətli kağızlar bazarı genişlənir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Cümə günü Azərbaycan prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinini sədri Gündüz Məmmədov mətbuat konfransında bildirib ki, Azərbaycanda qiymətli kağızlar bazarı genişlənir, cari ilin səkkiz ayının maliyyə göstəriciləri də bunu təsdiq edir.

Onun sözlərinə görə, yanvar-avqust ayları ərzində dəyəri 650 mln. manat olan səhmlərin 97 dövlət qeydiyyatı aparılıb ki, 2006-cı ilin eyni dövrü ilə müqayisədə bu göstərici 490 mln. manat çoxdur. Dəyəri 42 mln. manat olan korporativ istiqrazların 12 emissiyası qeydiyyatdan keçirilib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 18 mln. manat çoxdur.

Bu dövr ərzində 8 mln. dəyərində 74 veksel buraxılıb ki, bu da 2006-cı ilin anaolji dövr göstəricisindən 41 vahid çoxdur. Qeydiyyatdan keçirilmiş ipoteka kağızlarının sayı 1486, artım isə 1441 vahid təşkil edib. 426 min kvadratmetr sahəyə 236 mln. manat dəyərində 3719 yaşayış sertifikatı buraxılıb.

Səkkiz ay ərzində səhmlərin təkrar bazarında 106 mln. manat dəyərində 3279 əqd imzalanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisdə 55 mln. manat çoxdur.

Xəbər lenti

Xəbər lenti