Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ MDB ölkələrinin antiinhisar siyasət üzrə Dövlətlərarası Şurası (ASDŞ) aviadaşımalar bazarında birgə tədqiqat aparmağa başlayıb. Bu barədə ASDŞ-nın Bakıda keçirilən 26-cı iclasının yekununda Şuranın və Rusiyanın Antinhisar Xidmətinin sədri İqor Artyomov məlumat verib.
Onun sözlərinə görə, analiz iki məqsəd daşıyır: ASDŞ üzv dövlətləri üçün açıq səma şərtlərinin nəzərdən keçirilməsi və anti inhisar qanun pozuntularının üzə çıxarılması.
O hesab edir ki, aviadaşma bazarında əsas problem göstərilən xidmətlərin yüksək qiyməti ilə bağlıdır.
"Biletlərin qiymət artımının səbəbi dizel yanacağının yüksək tarifləri və aeroportlarda yerləşən yanacaqdoldurma məntəqələrində monopoliya ilə əlaqədardır.
Aviadaşımalarda vəziyyəti qaydasına salmaq üçün bir sıra sistemli tədbirlər qəbul etmək lazımdır. Bu, hakimiyyət tərəfindən olduğu kimi, antiinhisar orqanlar tərəfindən də sərtləşdirilməlidir", - deyə,o bildirib.
Artyomov aviaşirkətləri bütün lazımi məlumatları antiinhisar orqanlarına çatdırmağa çağırıb. "Əks təqdirdə, bunula bağlı, onlara sanksiya tətbiq edilə bilər", - deyə o bildirib.
Onun sözlərinə görə, MDB-də bütün transmilli şirkətlər yaxın zamanlarda, ASDŞ-nın birgə tədbirləri gücləndirməsindən sonra, antiinhisar xidmətlərinin yüksək diqqətini hiss etməlidirlər.
Həmçinin, Azərbaycanda da, ölkədə fəaliyyət göstərən hazırkı aviaşirkətlərin təhlilinə başlanıb" - deyə Azərbaycanın İqtisadi İnkişaf Nazrliyi Antiinhisar xidmətin rəhbəri Samir Dadaşov məlumat verib.
"Bu tədbirlər bütün aviaşirkətlərdə, o cümlədən "AZAL"da (Dövlət Konserni) genişləndirilib. Tədqiqatların aparılmasından sonra məlumatlar, birgə araşdırma üçün,ASDŞ-da yaradılmış qərərgaha ötürülür", - deyə o vurğulayıb.