Azərbaycan, Bakı / Trend , A.İsmayılova/ Şənbə günü Azərbaycan prezidenti İlham Əliyev Bakıda Nizami küçəsi ilə Bülbül prospektinin kəsişməsində yeni yeraltı piyada keçidin açılışında iştirak edib.
Keçidin tikintisi ilə "Saako" şirkəti məşğul olub. Tikintinin dəyəri 3,3 iln. manat təşkil edib. Tikinti işlərinə 2006-cı il sentyabrın 20-dən başlanıb. Keçidin eni 8 metr, uzunluğu isə 45 metrdir.
Azərbaycan prezidenti bu gün, həmçinin, Bakıda Rəşid Behbudov və Füzuli küçələrinin kəsişməsində yeni yeraltı piyada keçidinin açılışında iştirak edib.