...

Texniki təhlükəsizlik qaydalırının pozulması Bakıda "Bayram Inam" şirkəti tərəfindən tikilən çoxmərtəbəli yaşayış binasının tikintisinin dayandırılmasına səbəb olub (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2007 14:18 (UTC +04:00)
Texniki təhlükəsizlik qaydalırının pozulması Bakıda "Bayram Inam" şirkəti tərəfindən tikilən çoxmərtəbəli yaşayış binasının tikintisinin dayandırılmasına səbəb olub (video)

Azərbaycan, Bakı / Trend , Ü.İsmayılova/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şənbə günü Bakıda yerli "Bayram Inam" MMC şirkəti tərəfindən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında tikinti işlərini dayandırıb. Müfəttişlik tiktinti işlərinin dayandırılmasının səbəbini texniki təhlükəsizlik qaydalarının pozulması ilə izah edib. "Bayram Inam" şirkəti binanı, demək olar ki, 16-cı mərtəbəyə qədər tikib.

Son dövrlərdə Əmək Müfəttişliyi Bakıda 5 tikinti obyektində (sonuncu da daxil olmaqla) tikinti işlərini dayandırıb. Müfəttişlik yoxlamalar aparılan şirkətlərin sayını 94-dən 800-ə qədər artırıb. Biznes-mərkəzlər, şəxsi evlər və ticarət mərkəzləriində də yoxlamalar aparılacaq.

Bakıda hazırda təxminən 300 yeni bina tikilir.

Xəbər lenti

Xəbər lenti