...

"Bank of Baku" yeni kampaniyaya başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Bank of Baku" ASC "Əziz müəllim" adlı yeni kampaniyanın reallaşdırılması barədə elan edib.

Kampaniya təhsil sahəsinin bütün işçiləri üçün iki il müddətinə 500 manatdan 5000 manata qədər həcmdə olan kredit xətti vasitəsilə "Dinamik Plyus" plastik kartlarını, həmçinin kredit xəttinin formalaşdırılması zamanı bank tarifləri üzrə nəzərdə tutulan bütün komissiyalarda endirimlər əldə etmək imkanı yaradır.

Kampaniyanın şərtləri dekabrın 30-na qədər etibarlıdır.

Bank plastik kredit kartları layihəsi çərçivəsində təhsil sahəsində fəaliyyət göstərən 400-dən artıq müəssisə ilə əməkdaşlıq edir.

Plastik kartlar vasitəsilə göstərilən xidmətin inkişafı üzrə bankın fəal işi nəticəsində, kredit aktivlərinin sayı 28 399 ədədə çatıb ki, bunun da 23 930 ədədi kredit, 4 469 ədədi isə debüt kartlarının payına düşüb.

Xəbər lenti

Xəbər lenti