...

Standard Kapital Bakı Fond Birjasının brokerlər siyahısına başçılıq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2007 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Bakı Fond Birjasının investisiya şirkətlərinin renkinqində broker fəaliyyəti üzrə "Standard Kapital" şirkəti birinci olub. Bu barədə şirkətin məlumatında göstərilib.

Sentyabr ayının yekunlarına görə, şirkətin 9 ayrı müştəriyə göstərdiyi xidmətlərin (repo-əməliyyatlar bazarı istisna olmaqla) ümumi həcmi 49,6 mln. manat təşkil edib. Sentyabr ayının yekunları da nəzərə alınsa, "Standard Kapital" cari il ərzində artıq 7-ci dəfədir ki, renkinqə başçılıq edir.

Maliyyə bazarının bu seqmentindəki rəqabət sentyabrda xüsusilə artıb. Bunun səbəbi isə, bazara üç yeni brokerin daxil olması ilə əlaqələndirilir.Göstərilən broker xidmətlərinin ümumi məbləğinin nisbətən azalmasına baxmayaraq, "Standard Kapital" şirkəti sentyabr ayının yekunlarına görə, öz müştərilərinin sayını artırıb və ən yaxın rəqibindən iki dəfə çox olmaqla, xidmət göstərdiyi müştəri sayına görə BFB-nın lideri olub.

Yanvar-sebtyabr ayları üzrə maliyyə göstəricilərinə əsasən, "Standard Kapital" şirkətinin dövriyyəsi 480,6 mln. manat təşkil edib. Bunun 13,6 mln. manatı və 10,8 ABŞ dolları korporativ istiqrazların, 37,7 mln. manatı səhmlərin, 42,2 mln. manatı DQİ-nin və 420,4 mln. manatı AMB-nin notlarının payına düşüb. İlin ilk 9 ayının yekunlarına görə, şirkətin bazardakı payı 47,22% təşkil edir.

Xəbər lenti

Xəbər lenti