...

Nazir: 2008-ci ildə Azərbaycanda biznesin qeydiyyatı maksimum 6 günə qədər azaldılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2007 10:45 (UTC +04:00)
Nazir: 2008-ci ildə Azərbaycanda biznesin qeydiyyatı maksimum 6 günə qədər azaldılacaq

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xalilova / 2008-ci il yavarın 1-də bir pəncərəli sistemin tətbiq edilməsi çərçivəsində (Biznes qeydiyyatının aparılması üçün vahid orqanın yaradılması) biznesin qeyiyyatdan keçirilmə müddəti maksimum 5-6 gün, prosedurun sayı isə 5-ə qədər azaldılacaq. Bu barədə oktyabrın 28-də vergilər naziri Fazil Məmmədov məlumat verib.

Dünya Bankının "Doing Business" hesabatına müvafiq olaraq Azərbaycanda bu tədbirlər 15 prosedurun həyata keçirilməsi ilə 53 günə aparılır.

Nazir heasab edir ki, Nazirlik vasitəsilə qeydiyyat proseduru hətta 2-3 günə qədər azaldılacaq. Lakin sənədlərin natariusda təminatı üçün bu sayda əlavə sənədlər tələb olunacaq.

O hesab edir ki, sahibkar qeydiyyat orqanlarına təqdim etməni 3-4 sənədə qədər məhdudlaşdırmalıdır. Bununla belə sənədlərin təqdim edilmə prosedurunun elektron sistem vasitəsilə həyata keçirilməsi gözlənilir.

Nazir bildirib ki, nəticədə hüquqi sənədlərin alınması üçün sahibkar Vergilər Nazirliyinə yalnız bir dəfə gəlməli olacaq. Onun sözlərinə görə, bunun üçün sahibkara şəxsiyyətini təsdiq edən yalnız bir sənədin təqdim olunması lazım gələcək. Nazir qeyd edib ki, vergi orqanları biznes qeydiyyatının başlanması üçün hazırlıq vəziyyətinə gətirilib. Lakin yerdə qalan müddət ərzində (İki ay ərzində) bir neçə qanunvericilik aktlarına, o cümlədən mülki və vergi məcəlləsinə dəyişikliyin edilməsi gözlənilir. Ötən həftə bir pəncərəli sistemin yaradılması üzrə tədbirlərə dair prezidentin imzaladığı sərəncama müvafiq olaraq, qeydiyyat üçün yeganə orqan Vegilər Nazirliyi seçilib.

Dünya Bankının son "Doing Business" hesabatına uyğun olaraq 2008-ci lidə Azərbaycan 2006-ci il ilə nisbətdə (99-cu yer) 96-cı yeri tutacaq.

Bir pəncərəli sistemin tətbiqindən sonra Azərbaycanın reytinqinin bir neçə dəfə yaxşılaşacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti