Azərbaycan, Bakı/ Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Royal Bank of Baku" ASC-nin faizli sənədsiz adlı istiqrazların emissiya prospekti qeydə alınıb.
Emissiyanın həcmi 4 mln. AZN, bir istiqrazın nominal dəyəri 1.000 AZN, istiqrazlar üzrə illik faiz dərəcəsi 14,5%, dövriyyə müddəti isə, 540 gündür.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində "AzərİnterTreyd" MMC çıxış edir.