...

Azərbaycanda bütün beynəlxalq reyslər üzrə aviabiletlərin qiyməti qalxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2007 16:33 (UTC +04:00)
Azərbaycanda bütün beynəlxalq reyslər üzrə aviabiletlərin qiyməti qalxıb

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Cümə axşamı AZAL Dövlət Konsernindən verilən məlumata görə, noyabrın 1-dən etibarən, Azərbaycandan həyata keçirilən bütün beynəlxalq reyslər üzrə aviabiletlərin qiyməti xeyli artıb.

Biletlərin qiymətindəki artım Azərbaycanın, MDB-nin digər ölkələri kimi, Beynəxalq Avianəqliyyat Təşkilatının (İATA) Avropa zonasına qoşulması ilə izah olunur.

Bu təşkilatın tələblərinə görə, biletlərin qiyməti avro ilə göstərilməlidir. Bununla əlaqədar olaraq, Azərbaycanda çalışan və beynəlxalq uçuşlar həyata keçirən bütün aviaşirkətlər biletlərin qiymətini dollardan avroya keçirməlidirlər. Mövcud dollar tariflərinin avroya keçirilməsi 1:1 formulası əsasında həyata keçiriləcək.

Azərbaycan Milli Bankının məlumatına görə, noyabrın 1-də ABŞ dollarının Azərbaycan manatına münasibətdə məzənnəsi 0,8491 AZN, avro isə 1,2283 AZN təşkil edib.

AZAL-ın sorğu xidmətindən verilən məlumata görə, misal üçün, noyabrın 1-də Bakı-Paris biletinin qiyməti 492 manatdan 546 manata qədər artıb. "Austrian Airlines"dan verilən məlumata görə, noyabrın 1-də Bakı-Berlin-Bakı biletinin qiyməti 720 manatdan 822 manata qədər artıb. "Sunway Travel"dən isə bildiriblər ki, Bakı-Moskva-Bakı biletinin qiyməti 478 manatdan 520 manata qədər artıb.

Xəbər lenti

Xəbər lenti