...

"Bank Respublika" 2007-ci ilin 10 ayı üzrə nəticələrə yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Bank Respublika"nın aktivləri bu ilin əvvəlindən etibarən 104,5% artaraq 1 noyabr 2007-ci il tarixinə 227,7 mln. manat təşkil edib. Bu barədə bankın məlumatında bildirilir. Bankın kredit portfelinin həcmi isə bu ilin 10 ayı ərzində 105% artaraq 156,0 mln. manata çatıb.

Müştərilərin depozitləri də hesabat dövründə 2 dəfədən də çox artaraq 106,3 mln. manatı ötüb. Əhalinin əmanətlərinin həcmi isə 84,1% artaraq bu ilin 1 noyabr tarixinə 48,9 mln. manat olub.

"Bank Respublika"nın qeyd edilən dövr ərzində məcmu kapitalı da 82,1% artaraq 22,4 mln. manata çatıb. 1 noyabr 2007-ci il tarixinə bankın nizamnamə kapitalı 11,9 mln. manat təşkil edib.

"Bank Respublika"nın cari ilin yanvar-oktyabr ayları ərzində gəlirləri 24,1 mln. manat, xərcləri isə 19,0 mln. manat təşkil edib. Bu dövr ərzində bankın balans mənfəəti 5,1 mln. manat olub.

Xəbər lenti

Xəbər lenti