...

MDB-nin Dəmir Yol Nəqliyyatı Şurası Birliyin inkişaf edən orqanlarından biridir - "RDY"nin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2007 14:21 (UTC +04:00)
MDB-nin Dəmir Yol Nəqliyyatı Şurası Birliyin inkişaf edən orqanlarından biridir - "RDY"nin rəhbəri

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bu gün Bakıda MDB və Baltik ölkələrinin, Finlandiya və Bolqarıstanın dəmir yol idarələrinin 47-ci iclası işə başlayıb.

İclasın açılışında təşkilatın rəhbəri, "RYD" MMC-nin (Rusiya Dəmir Yolu) prezidenti Vladimir Yakuninin verdiyi məlumata görə, "MDB-nin Dəmir Yol Nəqliyyatı Şurası Müstəqil Dövlətlər Birliyinin inkişaf edən təşkilatlarından biridir".

İclasın açılışında çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun sözlərinə görə, Azərbaycanda iqtisadiyyatın nəqliyyat sektoru fəal şəkildə inkişaf edir. Bu il nəqliyyat sahəsində layihələrin reallaşmasına 600 mln. dollar vəsait ayrılıb, gələn il isə bu rəqəm 1 mlrd. dollar təşkil edəcək.

Bakıda keçirilən görüş çərçivəsində şuranın üzv dövlətləri arasında əməkdaşlıq məsələlərini, eləcə də 2008-ci il üçün iş planını müzakirə etmək nəzərdə tutulub.

MDB-nin Dəmir Yol Nəqliyyatı Şurasının Astanada keçirilən 46-cı sessiyasında MDB-nin dəmir yol idarələrinin rəhbərləri birliyin dəmir yol idarələri şəbəkəsində sərnişin və yük qatarlarının yeni hərəkət qrafikini qəbul ediblər. Qrafik 2007-ci il may ayının 27-dən tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti