...

Litvanın Baş naziri Bakıda Azərbaycanla hökumətlərarası komissiyanın yaradılması məsələsini müzakirə edəck – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2007 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Litvanın Baş naziri Qediminas Kirkilas Bakıda Azərbaycanla hökumətlərarası komissiyanın yaradılması məsələsini müzakirə edəcək. Bu barədə Litvanın Azərbaycandakı səfiri Kudzmanas Kyastutis məlumat verib.

Litvanın Baş naziri 2008-ci il yanvarın sonunda Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın mühüm məsələləri, beynəlxalq və regional iqtisadiyyat və nəqliyyat layihələri, enerji əməkdaşlığı məsələlərinin müzakrəsi planlaşdırılır. Hər iki ölkənin hökumət nümayəndələri əməkdaşlığın inkişafı üzrə layihələr hazırlayırlar.

"Hazırda Litvanın hökumət başçısının qarşıdakı səfərində nəqliyyat sahəsində sənəd imzalanması razılaşdırılr" - deyə səfir qeyd edib.

Xəbər lenti

Xəbər lenti