...

2008 – ci ildə Azərbaycanda yaşayış baha olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2007 16:29 (UTC +04:00)
2008 – ci ildə Azərbaycanda yaşayış baha olacaq

Azərbaycan, Bakı/ Trend / 2008-ci ildə Azərbaycanda yaşayış baha olacaq. Lakin əhalinin yaşayış səviyyəsinin kəmiyyət parametrləri. 2007-ci ildə olduğu kimi, keyfiyyət parametrlərini üstələyəcək. Əhalinin pul gəlirləri və xərclərinin balansı üzrə hökumətin proqnozuna əsasən, 2008-ci ildə əhalinin pul gəlirləri 2007-ci illə müqayisədə 29.4 faiz artaraq, 16650 mln. manat təşkil edəcək. Bu, dövlət büdcəsindən 2786.9 mln. manat məbləğində sosial ayırmalar hesabına olacaq. Bu məbləğ dövlət büdcəsinin ümumi xərclərinin 32.8 faizini təşkil edəcək. Lakin bu gəlirlər cəmiyyətdə qeyri - bərabər paylanacaq. Bu səbəbdən, gəlirlərin ümumi məbləğini adambaşına bərabər bölmək və ümidverici göstərici almağın mənası yoxdur. 2008-ci ildə əhalinin pul gəlirləri strkturunda birinci yeri sahibkarlıq fəaliyyətinin hesabına gələn gəlirlər tutacaq. Növbəti ildə onların ölçüsü əhalinin bütün gəlirlərinin 44.3 faizini təşkil etməklə, 7383.4 mln. manat olacaq. Əhali gəlirlərinin ölçüsünə görə ikinci göstərici əmək haqqlarıdır. Proqnozlara görə, 2008-ci ildə əmək haqqının orta aylıq ölçüsü 2007-ci ildən 28 faiz çox olmaqla, 233.3 manat təşkil edəcək. Əmək haqqı fondunun ümumi həcmi 6080 mln. manata çatacaq. Əhalinin pul gəlirlərinin əhəmiyyətli, lakin o qədər də böyük olmayan maddəsini təşkil edən sosial köçürmələr növbəti ildə 1252.6 mln. manat olacaq. Buraya pensiyalar, təqaüdlər və müxtəlif maddi yardımlar daxildir. Bu il xaricdən köçürmələri Azərbaycan əhalisinin gəlirlərinin əsas maddəsi kimi qeyd ediblər. Həcminə görə onlar hətta dövlətin sosial köçürmələrindən çox olublar. Proqnozlara görə, 2008-ci ildə xaricdən köçürmələrin həcmi 1920 mln. manata çatacaq ki, bu da sosial köçürmələrdən 667.4 mln. manat çoxdur. Ən az gəlir mülkiyyətdən gələn gəlir olacaq və növbəti ildə onun ölçüsü 14 mln. manat təşkil edəcək. Qeyd etmək lazımdır ki, bu fəaliyyət növündən gələn gəlirlərin əhəmiyyətli məbləği aydınlaşdırılmamış qalır və rəsmi hesablamada öz əksini tapmır. Hökumətin proqnozlarına görə, növbəti ildə əhalinin xərcləri 13200 mln. manat təşkil edəcək və bu, gəlirlərdən 3450 mln. manat çoxdur. Xərclərin 86.74 faizi və ya 11450 mln. manatını malların alışı və xidmətlərin ödənilməsi təşkil edəcək. Könüllü və məcburi ödəmələrə (vergilər) növbəti ildə 1750 mln.manat sərf olunacaq. Qənaət edilmiş vəsaitlər əhali tərəfindən toplanmağa, yatırımlara, qiymətli kağızların, xarici valyutanın alınmasına yönələcək. Beləliklə, pul gəlirləri və xərclərinin balansına əsasən, növbəti ildə xərclər gəlirləri ötəcək. Lakin böyük ehtimal var ki, əgər dövlət inflyasiyanın qarşısını almasa, xərclər daha çox olacaq.

(Ellada Xankişiyeva - Trend Analitik mərkəzin eksperti)

Xəbər lenti

Xəbər lenti