...

Bakıda keçiriləcək əmək yarmarkasında minə yaxın işəgötürən yeni əməkdaşlar axtaracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2007 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend müxbir S.Babayeva/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsindən çərşənbə günü verilən məlumata görə, Bakıda keçiriləcək əmək yarmarkasında iştirak etmək üçün xarici və dövlət müəssisələrindən minə yaxın müəssisə-işəgötürən qeydiyyatdan keçib.

Dekabrın 6-7-də Əl Oyunları Sarayında keçiriləcək yarmarkada işsiz vətənədaşlara yeddi minə yaxın vakant yer təklif olunacaq ki, bu yerlərin 5039-u özəl sektorun payına düşür.

Baş Məşğulluq İdarəsi 2007-2011-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində ölkədə işsizliyin azaldılması məqsədilə müntəzəm olaraq əmək yarmarkaları keçirir.

May ayından bu günə qədər Əmək Nazirliyi tərəfindən Azərbaycanın 56 şəhər və rayonunda keçirilən yarmarkalar nəticəsində altı minə yaxın insan işlə təmin edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr ayları ərzində rəsmi olaraq qeydiyyatdan keçmiş işsizlərin sayı 51,3 min nəfər təşkil edib ki, bu rəqəmin 50,5%-i qadınların payına düşür. Azərbaycanda bir iş yerinə rəsmi olaraq qeydiyyatdan keçmiş dörd işsiz iddia edir. Azərbaycanda 1400-ə yaxın insan işsizlik üzrə müavinət alır.

Xəbər lenti

Xəbər lenti