...

Corc Buşun nəşr edilmiş planı ortamüddətli perspektivdə kreditor-bankların fəaliyyətinə mənfi təsir göstərə bilər- "Antanta-Kapital"ın analitiki

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2007 19:34 (UTC +04:00)
Corc Buşun nəşr edilmiş planı ortamüddətli perspektivdə kreditor-bankların fəaliyyətinə mənfi təsir göstərə bilər- "Antanta-Kapital"ın analitiki

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ ABŞ prezidenti Corc Buşun dekabrda təklif etdiyi ipoteka kreditlərinin faiz dərəcələri üzərində dövlət nəzarəti ortamüddətli perspektivdə kreditor-bankların fəaliyyətinə mənft təsir göstərə bilər. Bu barədə "Antanta-Kapital" investisiya şirkətinin analitiki Maksim Osadçiy Trend a müsahibəsində bildirib.

"Ortamüddətli perspektivdə faiz dərəcələrinin dövlət tərəfindən nizamnalanması kreditor-bankların fəaliyyətinə mənfi təsir göstərə bilər" - deyə analitik bildirib.

Buş ipoteka kreditlərinin ödəmə şərtlərinə dəyişliklər planını dərc etdirib. Bu plana əsasən, 2005-ci ildən 2007-ci ilin sonunadək kredit götürmüş şəxslərə faiz dərəcəsinin 5 illik müddətə dondurulması təklif olunacaq.

Analitikin fikrincə, ipoteka dərəcələrinin fiksasiyası ipoteka üzrə defoltların axınını zəiflədəcək və yaxın zamanlarda maliyyə bazarına yaxşı təsir göstərəcək. İlkin dövrdə bundan kreditor-banklar əziyyət çəkəcək.

Analitik bunu kreditor bankların xərclərinin faiz xərclərinin, əsasən, üzən dərəcələr üzrə həyata keçirilməsi ilə izah edib.

"Əgər bazar dərəcələri artarsa, bu halda, bu banklar Amerikada baş verən böhran zamanı müflis olmuş maliyyə təşkilatlarının martiroloqunu dolduracaq" - deyə analitik qeyd edib.

Buş administrasiyası ümid edir ki, dərc edilmiş plan bir çox amerikalılara kömək edəcək. "Reuters"in verdiyi məlumata görə, hökumət rəsmiləri bildirir ki, girovlar üzrə ödənişləri ödəyə bilməməsi üzündən, 500 min ameriklı öz evlərini itirə bilər, belə ki, yaxın iki il ərzində 367 mlrd. dollar ipoteka kreditlərinin ümumi məbləği, dərəcələrin artması səbəbindən, daha da yüksək olacaq.

Xəbər lenti

Xəbər lenti