...

Azərbaycanın dövlət başçısı prezident yanında QHT-yə Dövlət Dəstəyi Şurasının yaradılması barədə fərman imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Rəsmi mətbuatın verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının yaradılması və 2007-ci ilin iyul ayında təsdiq olunmuş "QHT-yə Yardım Konsepsiyası"na uyğun olaraq şuranın nizamnaməsinin təsiq olunmasına dair fərman imzalayıb.

Prezidentin fərmanına əsasən, Azərbaycanın Nazirlər Kabinetinə heyət cədvəlini və xərclərin smetasını hazırlamaq, dövlət və ictimai əhəmiyyət daşıyan proqram və layihələrin həyata keçirilməsinə QHT-ləri cəlb etmək üçün dövlət büdcəsindən vəsait ayırmaq barədə tapşırıq verilib.

Azərbaycan Maliyyə Nazirliyinə QHT üçün ayrılan vəsaitlərin istifadə qaydalarını təsdiq etmək barədə tapşırıq verilib.

Xəbər lenti

Xəbər lenti