...

KEGOC Milli Şirkəti 2007-ci ildə enerji istehsalını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2007 13:28 (UTC +04:00)

Qazaxıstan, Astana/ Trend , müxbir K.Konırova/ Qazaxıstanın milli enerji şirkəti "KEGOC" SC 2007-il ərzində elektrik enerjisi istehsalını artırıb. Bu barədə mətbuat xidməti məlumat verib. "2007-ci il ərzində 76.3 mlrd. Kvt/s həcmində (2006-cı ilin göstəricilərindən 6.7% və ya 4.8 mlrd. Kvt/s çox) elektrik enerjisi istehsal olunacağı gözlənilir. Enerji istehlakı 76.4 mlrd. Kvt/s (2006-cı ilin göstəricilərindən 6.4% və ya 4.6 mlrd. Kvt/s çox) olacaq"-yayınlanan pres-relizdə məlumat verilir. Mətbuat xidmətinin məlumatlarına görə, Qazaxıstandan Rusiyaya 3.2 mlrd. Kvt/s enerji (2006-cı ildən 13.5% az) ixrac ediləcək. Rusiyadan enerji idxalı 2.1 mlrd. Kvt/s (2006-cı ilə nisbətən 12.4% çox) olacaq. Qırğızıstandan 1.2 mlrd. Kvt/s enerji idxal ediləcək (2006-cı ildən 2 dəfə az).

Xəbər lenti

Xəbər lenti