...

Azərbaycanın Maliyyə Nazirliyi 2007-ci il ərzində təxminən 30 min obyektdə pozuntu aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2007 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ Dekabrın 25-dək keçirilən operativ nəzarət tə maliyyə sanksiyaları tətbiq edilib. Bu barədə Maliyyə Nazirliyinin cümə axşamı yayılan məlumatında bildirilir. Bu tədbirlər zamanı respublika üzrə 29429 obyektdə nöqsan aşkar olunub. Həmin obyektlərdə qanunvericiliyin tələblərinə uyğun olaraq, 8276 min manat məbləğində inzibati cərimə tətbiq edilib. Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə həyata keçirilən reydlər zamanı 16446 obyektdə ciddi nöqsanlar aşkar edilib. Bu vergi ödəyicilərinə 8 mln. manatdan çox maliyyə sanksiyaları təqdim edilib. Vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 2500 vergi ödəyicisi aşkar edilib və belə sahibkarlar 99,9 min manat məbləğində cərimələniblər. Lisenziyasız fəaliyyət göstərən 3858 obyektə 35,3 min manat məbləğində cərimə tətbiq olunub. 5706 nəfər fiziki şəxs əmək müqaviləsi bağlamadan işə cəlb edilib. Qanunvericiliyin tələblərini pozanlara qarşı ümumilikdə 99,2 min manat məbləğində inzibati cərimə tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti