Azərbaycan, Bakı / " müxbir Ü.İsmayılova / Çərşənbə axşamı Azərbaycanın Azad İstehlakçılar Biliyinin rəhbəri Eyyub Hüseynovun verdiyi məlumata görə, ölkədə ərzaq məhsullarının qiyməti 15-16 faiz artacaq.
Hüseynovun sözlərinə görə, qiymət artımının əsas səbəbləri minimal əmək haqqının artması və minimal əmək pensiyasının 50 manatdan 60 manata qalxması, aqrar siyasətin olmaması səbəbindən, kənd təsərrüfatı mallarının defisitliyidir.
2007-ci ilin əvvəlində Hüseynov 25 fayız qiymət artımı proqnozlaşdırırdı və bu, ilin sonuna təsdiqləndi. 2008-ci ildə keçən ilə nisbətən qiymət artımının aşağı olmasının əsas səbəbi kimi, Hüseynov 2007-ci ilin yanvarında Tarif Şurasının qərarına əsasən, enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymət artımını göstərib.
Ekspertin fikrincə, 2008-ci ildə inflyasiyanın ikirəqəmli artımı neft gəlirlərinin artmasına və Azərbaycan manatının Amerika dollarına nisbətən möhkəmlənməsinə gətirəcək.