Azərbaycan, Bakı, 15 yanvar/ " müxbir E.Məmmədov/ Naxçıvan MR Ali Məclisinin sədri "2008-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"-nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə çərşənbə axşamı Trend -in regional müxbiri məlumat verib.
Sərəncamda Dövlət Proqramının həyata keçirilməsi üzrə rəhbərlik və tədbirlərin icrası zamanı müvafiq orqanlarla işlərin koordinasiyasının Naxçıvan MR Dövlət Statistika Komitəsinə həvalə edildiyi göstərilir.