...

Deputatlar Naxçıvan MR-ə təyyarə biletinin qiymətinin salınmasını təklif edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2008 15:20 (UTC +04:00)
Deputatlar Naxçıvan MR-ə təyyarə biletinin qiymətinin salınmasını təklif edirlər

Azərbaycan, Bakı, 12 fevral / " müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin deputatları Bakıdan Naxçıvan MR-ə təyyarə biletinin qiymətinin salınmasını təklif edirlər.

"Naxçıvan MR-in sakininin Naxçıvandan Bakıya gəlib - qayıtması 80 manata başa gəlir. Bu, Muxtar Respublikanın əhalisi üçün çox böyük məbləğdir", - çərşənbə axşamı Milli Məclisin iclasında "Ümid" partiyasının sədri, deputat İqbil Ağazadə bildirib.

Azərbaycanın Nazirlər Kabineti Bakı-Naxçıvan və Naxçıan-Bakı marşrutları üzrə sərnişin daşımaları üçün biletlərin qiymətini 55 manat səviyyəsində (Aeroport rüsumu və digər xərclər daxil olmaqla) təsdiq edib. Qərar 2008-ci il yanvarın 1-dən qüvvəyə minib.

Bir müddət əvvəl Azərbaycanın Tarif Şurası tərəfindən Naxçıvana uçuş tarifləri 95 manata qədər qaldırılıb. Buna səbəb bu istiqamətdə mövcud 16 manat tariflə (10 il ərzində dəyişdirilmədən qalan) həyata keçirilən uçuşlarıın AZAL Dövlət Konserninə ziyan hesabına başa gəlməsi olub.

Hökumətin məlumatında qeyd edilir ki, I və II qrup əlillər, 5 yaşdan 12 yaşadək uşaqlar, tələbələr (ildə iki dəfə uçan) üçün 10 manatlıq güzəştlər tətbiq ediləcək.

Adi sərnişinlər üçün biletlərin dəyərindən 20 manat, I və II qrup əlillər, 5 yaşdan 12 yaşadək uşaqlar, tələbələr (ildə iki dəfə uçan) üçün isə, 30 manat AZAL Dövlət Konserninə kompensasiya ediləcək. Güzəştlərin qalan hissəsi Dövlət Konserninin maliyyə-təsərrüfat fəaliyyətinə aid ediləcək.

Deputat vurğulayıb ki, Naxçıvapn blokada şəraitində yaşayır və Naxçıvandan Bakıya yalnız təyyarə ilə gəlmək mümkündür. O, Muxtar Respublika əhalisinin sosial durumunun ağır vəziyətdə olduğunu qeyd edib.

Ağazadə Milli Məclisin Naxçıvana təyarə biletlərinin qiymətinin ucuzlaşdırılması ilə bağlı hökümətə və Tarif Şurasına müraciət etməli olduğunu bildirib. "Martın əvvəlində hökümət Milli Məclisdə 2007-ci illə bağlı hesabat verəcək. Hökümətin hesabatına qədər Naxçıvana təyyarə biletlərinin qmiymətinin salınması məsələsini həll etmək olar", - o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti