...

Dünya Bankı Azərbaycanın sosial sektorunun inkişafına yardım edəcək: Əmək Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2008 10:50 (UTC +04:00)
Dünya Bankı Azərbaycanın sosial sektorunun inkişafına yardım edəcək: Əmək Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri ilə müsahibə

Azərbaycan, Bakı, 20 fevral/ " müxbir Ü.İsmayılova/ Azərbaycanda 2005-ci ildən Azərbaycan hökuməti və Dünya Bankı ilə birgə "Pensiya islahatları və sosial- təminat layihəsi reallaşdırılır. Layihə üç ilə nəzərdə tutulub, 2009-cı ildə, bir il uzadılaması şərtilə, layihənin reallaşdırılma müdddətinə yenidən baxılması mümkündür. Layihənin dəyəri $7,9 mln. təşkil edir, bunun $5 mln. DB, qalan vəsaitləri isə, Azərbaycan hökuməti ayırır.

Trend -ın Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Elnur Sultanovla müsahibəsi

- Nazirlik sosial islahatların davam etdirilməsi üçün hansı addımlar atır və DB ilə yeni layihənin reallaşdırılması gözlənilirmi?

- Bəli, Hazırda nazirliyin bütün şöbələri hazırlanan yeni layihəyə daxil edilmək üçün təkliflər hazırlayırlar. Layihənin dəyəri təqribən $40 mln. təşkil edəcək. Bunun $25 mln.-ı DB öz üzərinə götürür. Layihənin müddəti 5 ildir. Martın ortalarında Azərbaycan hökuməti və DB arasında kredit müqaviləsi üzrə danışıqlar keçiriləcək. Aprelin sonunda isə, sənəd bankın Direktorlar Şurasına təqdim ediləcək. Layihə iyunun sonunadək təsdiq edilərsə, onun reallaşdırılması, çox ehtimal ki, sentyabr-oktyabrda başlayacaq.

Növbəti layihənin reallaşdırılması təşəbbüsü nazirlikdən gəlib. Əmək Nazirliyi tərəfindən irəli sürülən məsələlər DB tərəfindən razılıq tapıb. Biz hesab edirik ki, "Sosial müdafiənin inkişafı" layihəsinin reallaşdırılması, kökündə sosial sahələrin dayandığı dövlət proqramlarının əksəriyyətinin həlli demək olacaq.

- Layihə haqqında danışın. Nazirliyin hansı fəaliyyət sahələri ona daxil ediləcək?

- Layihə dörd əsas komponentdən ibarətdir:

- Əmək bazarı sisteminin tam yeniləşdirilməsi, o cümlədən əmək qanunvericiliyinin, əməyin mühafizəsi sisteminin, məşğulluq idarələrinin işinin təkmilləşdirilməsi,

- sosial təminat sistemi siyasətnin formalaşdırılması,

- pensiya sisteminin yeniləşdirilməsi,

- layihənin idarə edilməsi.

Əmək Nazirliyinin bütün şöbələrində irimiqyaslı islahatlar keçiriləcək. Bu, əmək bazarının tam yeniləşdirilməsidir. Hazırda bu sahədə ən böyük problem bazarda tələb və təklifin uyğunsuzluğudur. Layihə bu istiqamətdə əməli addımlar - bütün respublika üzrə məşğulluq xidmətlərinin tam yeniləşdirilməsini nəzərədə tutur. Layihə çərçivəsində, peşə tədrisi sisteminin tam institusional inkişafı və yeniləşdirilməsi, təcrübəli mütəxəssislərin hazırlanması təklif olunur. Nazirlik nəzdində peşə tədrisi mərkəzlərinin yaradılması nəzərdə tutulur. Biz ümid edirik ki, DB ekspertləri ilə birgə, mütəxəssislərin hazırlanması yolu ilə tədrisin inkişafı üçün strategiya hazırlaya biləcəyik. Biz bir az bundan qabaq bu yolu keçən Avropa ölkələrinin təcrübəsini öyrənəcəyik. Bu istiqamətdə məsləhətçilərin cəlb edilməsi üzrə DB ilə artıq danışıqlar aparılır.

- Nazirlik nəzdində miqrasiya xidmətinin fəaliyyəti layihədə necə xatırlanacaq?

- Miqrasiya xidmətinin fəaliyyəti islahatlardan kənarda qalmayacaq. Əmək bazarının implementasiyası və birinci komponentinin formalaşdırılması ilə yanaşı, əmək miqrasiyası məsələsinə dəyişikliklər ediləcək. Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq bütün maraqlı tərəflərin cəlb edilməsi yolu ilə əmək miqrantları məsələlərinin həllinə yardım edəcək.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti