...

AYİB "Ukrenerqo" şirkətinə 150 mln. avro məbləğində kredit təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2008 17:31 (UTC +04:00)

Ukrayna, Kiyev, 28 fevral / " müxbir Z.Novosvitski/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Ukrenerqo" şirkətinə dövlət təminatı ilə 150 mln. avro kredit ayırmaq barədə qərar qəbul edib. AYİB-in məlumatında bu barədə deyilir.

Bundan başqa, Avropa İnvestisiya Bankı da "Ukrenerqo"ya 150 mln. avro məbləğində kredit ayırmaq niyyətindədir.

Təqdim olunan vəsaitlər hesabına Rivnenski AES-Kiyevski YS-də 750 kV gücündə yüksək voltlu hava xəttinin tikintisi layihəsi gerçəkləşdiriləcək, xəttin ümumi uzunluğu təxminən 488 km olacaq.

Hava xəttinin smeta dəyəri 1 mlrd. 569,318 mln. qrn. /1 avro - 7,59 qrn./, o cümlədən tikinti-montaj işləri - 857,403 mln. qrn., avadanlıq və inventar - 250,246 mln. qrn., buraxılış-sazlama işləri - 5,414 mln. qrn., digər xərclər - 456,254 mln. qrn. təşkil edəcək.

AYİB-in və Avropa İnvestisiya Bankının kreditləri layihənin ümumi dəyərinin təxminən 70 faizini təşkil edir.

Layihənin reallaşdırılması məsrəfləri azaltmağa və Qərbi Ukraynanın mövcud artıq generasiya güclüklərindən elektrik enerjisinin Kiyevə, Kiyevskə və qonşu vilayətlərə tədarük etməyə imkan verəcək. Bundan başqa, bu, Ukraynanın enerji daşıyıcılarının idxalından asılılığını azaldacaq və Ukrayna energetikasının Avropada elektrik enerjisinin ötürülmə sisteminin operatorları assosiasiyasına - elektrik enerjisinin ötürülməsinin koordinasiya məsələləri üzrə İttifaqına qoşulmasına yardım etmiş olacaq. Gələcəkdə onların Aİ-nin daxili enerji bazarına inteqrasiyasına kömək edəcək.

Layihənin 24 ay ərzində və ya 2009-cu ilədək realizəsi planlaşdırılıb.

2008-ci il yanvar ayı üçün AYİB Ukraynaya, 161-dən artıq layihə çərçivəsində, 3,2 mlrd. avro ayırıb.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti