...

Azərbaycanda Sığorta haqqında yeni Qanun təsdiq olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2008 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı,15 mart / Trend , müxbir Ü.İsmayılova / Azərbaycan prezidenti İlham Əliyev "Sığorta fəaliyyəti haqqında" yeni Qanunu təsdiq edib. Rəsmi mətbuatın verdiyi məlumata görə, Qanun bu gündən qüvvəyə minir. Qanun Azərbaycan Parlamentinin payız sessiyasında qəbul olunub.

Qanun ölkənin sığorta sistemi, bazarın ixtisaslaşmış iştirakçıları, sığortaçı və təkrar sığortaçıların əsas prinsip və istiqamətini, dövlət sığorta tənzimləyicisi və nəzarətçisinin iqtisadi əsasları və hüququnu təyin edir.

Təsdiq edilmiş Qanuna görə, sığorta şirkətləri üç il ərzində Life və Non-life şirkətlərinə ayrılacaq.

Yeni Qanuna əsasən, 49 faizlik xarici kapitalın şirkətlərdə iştirakı qadağası ləğv olunub. Artıq xarici investorlar sığorta şirkətlərinin 100 faiz kapitalını əldə edə biləcəklər.

Sığorta şirkətləri sığorta fəaliyyəti üçün müddətsiz lisenziyalar ala biləcək. İlkin müraciətlə lisenziyalar beş il müddətinə veriləcək.

Bütün sığorta şirkətləri mülkiyyətin formasını açıq səhmdar cəmiyyətə çevirməlidirlər. Dövlət Sığorta Nəzarətinin icazəsindən sonra sığorta şirkətləri ancaq SC formasında birləşə bilər.

Dövlət Sığorta Nəzarəti sığorta agentlərini və brokerləri (bir il ərzində) lisenziyalaşdıra biləcək.

Dövlət Sığorta Nəzarəti dövlət büdcəsi və 0,3 faiz sığorta şirkətlərinin hesabına maliyyələşdiriləcək.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti