...

Azərbaycanda vergilərin liberalaşdırılması dövlətin prioritet məqsədlərindən biridir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2008 02:01 (UTC +04:00)
Azərbaycanda vergilərin liberalaşdırılması dövlətin prioritet məqsədlərindən biridir - nazir

Azərbaycan, Bakı, 15 mart / Trend / Dövlət qarşısında qoyulan prioritet məsələlərdən biri - vergilərin liberalaşdırmasıdır. Trend AzTV telekanalına istinadən verdiyi məlumata əsasən bu barədə şənbə günü Azərbaycanın vergilər naziri Fazil Məmmədov bildirib.

Onun sözlərinə görə, hətta dünyanın ən liberal ölkələrində tam ədalətli vergi sistemi yoxdur. Avropa ölkələri ilə müqaisədə Azərbaycanda vergi yükü çox aşığı səviyyədədir.

Azərbaycanda MDB-lə müqaisədə ən liberal vergi sistemi tədbiq edilib. Dövləti siyasəti mərhələli leberalaşdırmağa yönəlib.

Nazir qeyd edib ki, Azərbaycanın Seçki məcəlləsində belə bir müdda öz əksini tapıb ki, hansına əsasən büdcə paketi təqdim olunarkən vergi dərəcələri qaldırıla bilməz, onların yalnız endirilməsindən söhbət gedə bilər.

"Bu öz növbəsində, xərici investorlar üçün və sahibkarlıq fəaliyyəti ilə məşqul olan insanlar üçün qanuvericilik bazası və təminat yaradır. Dövlətin gələcək addımları da vergilərin aşağı salınmasına və leberalaşdırılmasına yönələcək", - deyə nazir qeyd etdi.

Xəbər lenti

Xəbər lenti