...

Azərbaycanın reytinqi 5,5 bal artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2008 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / müxbir İ.Xəlilova/ Hesabata əsasən, "Qlobal ölkə kredit reytinqi" 5,5 bal yaxşılaşıb. Bu barədə çərşənbə günü Azərbaycanın İqtisadi İnkişaf Nazirliyindən məlumat veriblər. İl ərzində Azərbaycanın mövqeyi 80-ci yerdən 77-dək yaxşılaşıb.

Maliyyə börhanına görə, bütün inkişaf etmiş ölkələrdə reytinq, əsasən, düşüb.Məsələn, son yarım ildə ABŞ-ın kredit reytinqi 0,3 bal azalıb.

İqtisadi İnkişaf Nazirliyindən hesab edirlər ki, Azərbaycan qlobal meyillərə davam gətirə bilmiş, sabit və etibarlı ölkə kimi qalmaqda davam edib. İsveçrənin 96.4 balla liderlik etdiyi reytinq cədvəlində birinci, Zimbabve 5.8 balla sonuncu yerdədir.

Bu hesabat hər il maliyyə və biznes sahəsində ixtisaslaşmış "İnstitutional investor" jurnalı tərəfindən hazırlanır.

Qiymətləndirmə dünyanın 174 ölkəsi arasında aparılıb.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti