...

Gürcüstanda yeni liman tikiləcək – Baş nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2008 12:00 (UTC +04:00)
Gürcüstanda yeni liman tikiləcək – Baş nazir

Gürcüstan, Tbilisi, 28 mart/ Trend müxbir N.Kirtsxaliya/ Gürcüstan hökuməti cümə günü keçirilən iclasda mövcud Poti limanı ərazisində yeni limanın tikintisi layihəsini təsdiqləyib.

Hökumətin iclasınının sonunda Gürcüstanın Baş naziri Lado Qurqenidze bildirib ki, limanın tikintisi ilə Dubayın "RAK investisiya agentliyi" məşğul olacaq və bu şirkətlə apreldə müvafiq müqavilə imzalanacaq.

Yeni liman 100 ha ərazidə tikiləcək, investor üç-dörd il ərzində layihəyə $200 mln.-dan çox kapital yatıracaq. Baş nazir bildirib ki, mövcud Poti limanı öz buraxma gücünün zirvəsində işləyir. Limanın buraxma gücü ildə 8,2 mln. tondur. Qurqenidzenin sözlərinə görə, buna əsaslanaraq yeni limanın tikintisi haqqında qərar qəbul edilib ki, bu da buraxma gücünü artırmağa imkan verəcək və hər iki liman üçün buraxma gücü ildə 35-40 mln. ton təşkil edəcək.

Bundan əlavə, "RAK investisiya agentliyi"-ə "Poti Dəniz Limanı" SC-nin səhmlərinin 51 faizi satılacaq. Dövlət öz mülkiyyətində 49 faiz qızıl səhm saxlayacaq və ola bilsin ki, bu səhmləri yerli fond birjasında çıxaracaq. Baş nazir qeyd edib ki, investorun 51 faizə görə, daha iri məbləğ ödəyəcəyinə baxmayaraq, ilkin olaraq 100 faiz səhm $75 mln. qiymətləndirilib. Qurqenidze investorun ödəyəcəyi məbləği açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti