...

Azərbaycanın parlament komissiyası dövlət müəssisələrinin uçotu sistemində problemlərdən narahatdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2008 17:03 (UTC +04:00)
Azərbaycanın parlament komissiyası dövlət müəssisələrinin uçotu sistemində problemlərdən narahatdır

Azərbaycan, Bakı, 14 aprel/ " müxbir İ.Xəlilova/ Azərbaycanın Hesablama Palatasının (HP) 2007-ci il ərzində fəaliyyətinə dair hesabatı ölkə prezidenti və Milli Məclis tərəfindən qoyulmuş vəzifələrə, həmçinin, "Hesablama Palatası haqqında" Qanunun tələblərinə tam cavab verir. Bu barədə bazar ertəs parlamentin İqtisadi siyasət komissiyasının iclasında komissiyanın sədri Ziyad Səmədzadə məlumat verib. Onun rəyinə görə, hesabat ötən illərdən konkretliliyi ilə fərqlənir.

Burada bəzi dövlət təşkilatlarının büdcə vəsaitlərindən istifadə üzrə maliyyə fəaliyyətlərinin yoxlanması, büdcə gəlirlərinin analizi üzrə nəticələr öz əksini tapıb. Konkret təşkilatlar üzrə bəzi çatışmazlıqlar aşkar edilib və bu, HP-nin fəaliyyətində irəliləyişdən xəbər verir. Belə ki, o təkcə analiz etməməli, həm də Milli Məclisi bu və ya digər sahələrdəki proses və mənfi tendensiyalar haqqında məlumatlandırmalıdır.

"Bu gün hesabatın müzakirəsi göstərir ki, büdcə gəlirlərindən istifadədə tam şəffaflığı təmin etmək üçün, perspektivdə real imkanlarımız var", - Səmədzadə bildirib.

O, HP-nin fəaliyyətindəki yeniliklərlə yanaşı, bəzi problemləri də, məs., zəif sistemliliyi qeyd edib . O, HP-ə audit nəzarətinin gedişində müəssisələrdə pis vəziyyətdə olan uçot sisteminə diqqət yetirməyi tövsiyə edib. Bu faktı ötən il ərzində HP tərəfindən üç təşkilatda aparılan yoxlamaların nəticələri də təsdiq edir.

"Yoxlamalar göstərib ki, mühasibat uçotu sistemini təkmilləşdirmək lazımdır, - parlament komissiyasının rəhbəri qeyd edib. - Bu işin səmərəliliyi üçün araşdırmaları birgə keçirmək olar".

Bu gün mərkəzi icra hakimiyyəti orqanlarında təftiş komissiyaları, demək olar ki, yoxdur. Bu tələblərə hələ ki, bank sistemi tərəfindən riayət edilir.

Səmədzadə HP-dən səhiyyə sistemində pul axınları, xüsusilə də Azərbaycan Dövlət Neft Şirkətinin müəssisələri arasında özünü göstərən sistemdaxili borclara da diqqət yetirilməsini xahiş edib.

Hesablama Palatası sədrinin birinci müavini Abbas Allahverdiyevin sözlərinə görə, hər il artan dövlət sərmayələrinin xərclənməsinə əsas diqqət yetirilir və 2007-ci ildə analitik iş bu istiqamətdə aparılıb. İndiyədək "Azərenerji" , "Azəriqaz", Səhiyyə Nazirliyi, "Azəristiliktəchizat"-a yatırılımış sərmayələrin auditinə aparıcı yer verilib.

Allaverdiyev indiyədək yoxlama və analitik işlərin aparılmasına müəssisələr tərəfindən lazımi məlumatın təqdim edilməməsi ilə maneələr yaradıldığını da qeyd edib. Lakin Qanuna bir müddət əvvəl qəbul edilən düzəlişlərə əsasən, belə subyektlərin bank hesabları bağlanılacaq. Bu, maneələri aradan qaldırmağa və HP-nin işinin səmərəliliyini artırmağa imkan verəcək. Komissiya müzakirələrin yekunlarına görə, HP-nin hesabatını Milli Məclisin müzakirəsinə verməyi təklif edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti