...

Azərbaycanın Əmək Nazirliyi və Almaniya arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2008 16:25 (UTC +04:00)
Azərbaycanın Əmək Nazirliyi və Almaniya arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb

Azərbaycan, Bakı, 28 aprel/ Trend , müxbir Ü.İsmayılova/Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Almaniyanın analoji qurumu ilə əməkdaşlıq çərçivəsində Azərbaycan əhalisinin əmək müdafiəsini yaxşılaşdırmaq niyyətindədir. Bu barədə bazar ertəsi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov məlumat verib.

"Azərbaycanda əməyin müdafiəsi yaxşılaşmalıdır. Hər insanın həyatını qiymətləndirmək vacibdir", - Ələkbərov bildirib.

Azərbaycan əhalisinin effektli müdafiəsinin təminatında əməkdaşlıq məqsədilə bazar ertəsi Bakıda, Azərbaycan və Almaniyanın Əmək və sosial müdafiə nazirlikləri arasında bu sahədə alman təcrübəsinin tətbiqi barədə qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Nazirliyin məlumatlarına görə, Azərbaycanda energetika, tikinti və xidmətlər sahəsində təqribən 200 alman iş adamı çalışır.

Xəbər lenti

Xəbər lenti