...

Azərbaycanda ASK üçün vergi güzəştləri genişləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2008 20:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan hökumətində ölkənin kənd təsərrüfatı məhsulları istehsalçıları üçün vergi güzəştləri müddətinin uzadılması və bəzi kənd təsərrüfatı məhsullarının əlavə dəyər vergisindən azad edilməsi məsələlərinin müzakirəsi başlayıb. Bu barədə çərşənbə günü maliyyə nazirinin müavini Azər Bayramov məlumat verib.

2008-ci ildə, beş il ərzində növbəti dəfə olaraq bütün vergilərin ödənilməsindən azad edilmiş (torpaq vergisi istisna olmaqla) kənd təsərrüfatı məhsulları istehsalçılarının vergi ödəmələrinə qoyulan moratoriumun müddəti başa çatır.

"Növbəti dövr üçün güzəştlərin tətbiqinin konkret müddəti müzakirə edilmir. Lakin, o üç-beş il təşkil edə bilər", - Bayramov bildirib.

Güzəştlər həmçinin idxal edilən kənd təsərrüfatı məhsulları üçün də nəzərdə tutulub. Vergi Məcəlləsinə müvafiq olaraq, güzəştlər vaxt limitinə malik olmalıdırlar. Ötən il hökumət taxıl idxalını bir il müddətində ƏDV-dən azad edib və bu il azadetməni növbəti müddətə artırmaq istəyir. Nazir müavininin sözlərinə görə, un və düyü idxalının da ƏDV-dən azad edilməsinin mümkünlüyü nəzərdən keçirilir.

2006 və 2007-ci illərdə un və düyü idxalı strukturu üzrə, dövlət büdcəsi bu güzəştlərin verilməsindən 1 mln. manat itirəcək.

Hökumət aqrosənye kompleksi üçün vergilərdən azad edilmək formasında subsidiyaların həcmini Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi çərçivəsində aparır. Lakin, 2008-ci il üçün dövlət büdcəsinə dəyişikliklər layihəsində dövlətin kənd təsərrüfatı məhsullarının istehsalı üçün yanacaq və gübrə alışını ödəməsi formasında subsidiyaların artırılması nəzərdə tutulmayıb. Bayramovun sözlərinə görə, bu subsidiyalar əvvəlki səviyyədə - 80 mln. manat səviyyəsində qalacaq. Bu, ötən il də analoji məbləğin ayrılması, lakin tam olaraq mənimsənilməməsi ilə bağlıdır. Baytarlıq üçün subsidiyaların ayrılması üzrə təklif hələ müzakirədədir.

Kənd Təsərrüfatı Nazirliyi hökumətə aqrar sektor üçün subsidiyaların məbləğinin təqribən 100 mln. manatadək artırılması haqqında təklif verib. Bu subsidiyaların hər hektar səpin sahəsinə 2007-ci ildə təsdiq edilən 40 manatdan 50 manatadək artması onun paylanma mexanizminin dəyişməsi ilə bağlıdır. Bu toxum istehsalının ötən ilə nisbətən 50 faiz artması ilə əlaqədardır.

Ötən il taxıl bitkiləri üçün kvota 8 min ton təşkil etdiyi halda, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il bu göstərici 16 min tonadək artacaq.

Bundan əlavə, səpin materiallarının istehsalı üçün əlavə subsidiyaların ayrılması təklif edilib. Fermerlər müxtəlif reproduksiyalı toxum istehsalının 50 faizdən çox artması ilə əlaqədar olaraq, əlavə vəsaitlərin ayrılması xahişi ilə müraciət ediblər.

Ötən il onların istehsalı 100-200 min ton səviyyəsində olub. Lakin, gözləmələrə görə, bu il 1 mln. tonu ötəcək. Hava şəraiti (qar yağması) kənd təsərrüfatı mallarının, xüsusilə də taxıl bitkiləri istehsalının artmasına müsbət təsir göstərib. Buğda səpini üçün torpaq sahələrinin 130 min ha-dan 601 min ha-dək artacağı gözlənilir. Bu il səpin sahələri ümumilikdə 734 min ha-dan 828 min ha-dək artıb.

2007-ci ildə Azərbaycanın dövlət büdcəsindən fermerlərin aldığı yanacaq və mineral gübrələrin dəyərinin 50 faizinin kompensasiyası məqsədilə kənd təsərrüfatı sektoruna maddi yardımın göstərilməsi üçün 68,9 mln. manat ayrılıb. Yanacağın, motor yağının, mineral gübrələrin güzəştli alınması üçün 596 806 fiziki və 12 hüquqi şəxs maliyyə yardımının alıcıları qismində çıxış edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti