...

Azərbaycan və İordaniya əmlak və gəlirə ikiqat vergi qoyulmasının aradan qaldırılması haqqında saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2008 19:35 (UTC +04:00)
Azərbaycan və İordaniya əmlak və gəlirə ikiqat vergi qoyulmasının aradan qaldırılması haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 05 may/ Trend , xüsusi müxbir Y.Hüseynov/ İordaniya Haşimilər Krallığının kralı İkinci Abdulla rəsmi səfərlə Azərbaycandadır. Bu gün prezident İlham Əliyev və kral İkinci Abdulla təkbətək və geniş formatda görüşlər keçiriblər. Görüş zamanı müxtəlif sahələrdə ikitərəfli münasibətlərin uğurlu inkişafı və əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olması qeyd edilib. Görüşdə regional və beynəlxalq məsələlərdə ikitərəfli münasibətlər haqqında rəy mübadiləsi aparılıb.

Bundan əlavə, Azərbaycan və İordaniya Krallığı hökuməti arasında bir sıra sənədlərin imzalanması baş tutub. Azərbaycan və İordaniya arasında "Əmlak və gəlirə ikiqat vergi qoyulmasının aradan qaldırılması və vergilərdən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanı xarici işlər naziri Elmar Məmmədyarov və ticarət və sənaye naziri Əmir əl-Həbibi imzalayıblar.

Birinci Azərbaycan-İordaniya biznes-forumu və İordaniya Milli Sərgisi 2006-cı ilin noyabrında, İordaniya Krallığının Baş naziri Maruf Əl Bakhitin (Marouf Al Bakhit) Azərbaycana səfəri çərçivəsində keçirilib. Onun başçılıq etdiyi nümayəndə heyətində tikinti sektoru, kimya, qida sənayesi, səhiyyə, kənd təsərrüfatı, məişət avadanlığının istehsalı sahələrindən 30-dan çox şirkət təmsil olunub.

2007-ci ilin yekunlarına görə, Azərbaycan və İordaniya arasında mal dövriyyəsi $1 291,8 min (AR ümumi mal dövriyyəsinin 0,01 faizi) təşkil edib. 2008-ci ilin yanvarı ərzində respublikaya İordaniya mallarının idxalı $19,9 min təşkil edib. İxrac əməliyyatları isə aparılmayıb.

.

Xəbər lenti

Xəbər lenti