İsrail, Qüds, 12 may / " müxbir Arye Qut/ Bu həftə Bakıya səfər öncəsi İsrailin kənd təsərrüfatı naziri Şalom Simxon ilə Trend ın müsahibəsi
- İsrail ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin hazırkı səviyyəisni necə qiymətləndirirsiniz?
- Bu gün İsrail ilə Azərbaycan arasında siyasi, iqtisadi və işgüzar sahələrdə sürətlə inkişaf edən strateji qarşılıqlı münasİbətlər mövcuddur. Düşünürəm ki, tezliklə Azərbaycan regionun güclü iqdisadi dövlətinə çevriləcək. İsrail iş adamlarının Azərbaycana investisiya yatırmaları üçün böyük perspektivləri var. Bizim qarşılıqlı münasibətlərimizdə əsas yeri Bakı-Tbilisi-Ceyhan strateji neft kəməri tutur. İsrail sözü- gedən neft kəməri vasitəsilə Azərbaycandan neft alır.
Dövlətlərarası əlaqələr möhkəmlənir. Qeyd olunan əlaqələr çərçivəsində, bu həftə Azərbaycana səfərimdən və rəsmi şəxslərlə görüşəcəyimdən şadam. Bir neçə gün əvvəl həmkarlarım - müdafİə naziri Ehud Barak və infrastruktur naziri Binyamin Ben Eliezorla görüşdə, onlar Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyimi təkidlə tövsiyə etdilər; ümid edirəm ki, mən onunla görüşəcəyəm. Bakıda Azərbaycan-İsrail dostluq parkını açmaq şərəfi də mənə nəsib olacaq.
Bizim bir çox strateji maraqlarımız üst-üstə düşür. Azərbaycan iqtisadiyatının intensiv inkişafı İsraildə böyük maraqla müşahidə olunur. Ölkələrimizi, dostluq münasibətlərindən başqa, ümumi iqtisadi maraqlar birləşdirir. Məhz buna görə İsrail üçün xarici siyasətdə ümumi səyləri uzlaşdırmaqla yanaşı, ölkələrimiz arasında iqtisadi ələqələri gücləndirmək önəmlidir. Hesab edirəm ki, Azərbaycan İsrail münasibətləri strateji xarakter daşımalıdır.
- İsrail Azərbaycanla aqrar sahədə əməkdaşlıq və birgə layihələri necə reallaşdıra bilər?
- Fikrimcə, Azərbaycanın işgüzar aqrar sektoru İsrailin kənd təsərüfatının müasir mərhələdə böyük və möhtəşəm nailiyyətlərində maraqlı olacaq. İsrail - kənd təsərüfatında nəzərəçarpan müvəffəqiyyətlər əldə edən ölkədir. Birinci növbədə, qeyd etmək lazımdır ki, söhbət ərazisinin 60 faizi səhra, bir xeyli hissəsi dağ, təpə və meşə olan ölkədən gedir. İsrailin kənd təsərüfatının inkişafı müasir tarixdə görünməmiş hadisədir. 60 il bundan əvvəl yəhudi repatriant-şəhər əhli kənd təsərüfatı əməyinə üz tutdu və bu bir nəsil , heç vaxt becərilməmiş torpaqda kənd təsərüfatı yaratdı. Yaradılan təsərüfat, intensivliyinə görə, çoxəsrlik ənənələri olan inkişaf etmiş ölkələrin kənd təsərüfatına güzəştə getmir və bəzi sahələrdə hətta üstələyirdi.
İsraillilər dünyada ilk dəfə olaraq, damcı vasitəsilə xüsusi suvarma sistemini ixtira ediblər. Bu sistem ənənəvi deyil və müəyyən dərəcədə inqilabidir: bu üsul adi vasitələrlə müqayisədə suya 30-50 faiz qənayət edir. Su itki olmadan hər bir çiçəyin, ağacın, kolun bilavasitə kökünə gedir. Sistemin lazım olan təyziqi zəif olduğu üçün, müxtəlif gübrələr buraxılır. Sözügedən sistemin quraşdırılması və istismarı asan və rahatdır. Tədqiqatlar göstərir ki, su müəyyən bitkilərin becərilməsi üçün istifadə olunmalıdır. Bu sistemi həmkarım İsmət Abbasova və azərbaycanlı fermerlərə təklif etməyə hazırıq.
Xatırlatmaq istərdim ki, hər inəkdən alınan südə görə İsrail neçə illərdir dünyada birinci yerdədir (12 min litr - orta sağım), pambığın məhsuldarlığına görə - həmçinin, birinci yer (ABŞ-da 1 ha -dan 1,6 ton alındığı halda, İsraildə bu rəqəm 3,3 tona bərabərdir), kökümeyvəlilərin məhsuldarlığı (kartof daxil olmaqla) - dünyada ikinci yeri tutur, sitrus meyvələrinin istehsalına görə - üçüncü yeri (ABŞ və İspaniyadan sonra).
- Aqrar sahədə İsrailin böyük təcrübəsi var və bu faktı nəzərə alaraq, Azərbaycana istehsalın və kənd təsərüfatı səviyyəsinin gücləndirilməsi üçün hansı məsləhətlər verəcəksiniz? İsrail kənd təsərüfatının müvəffəqiyyət sirri nədədir?
- İsrailin kənd təsərüfatının 5 faizini daxili məhsul və 5,6 faizi ixracat məhsulları təşkil edir və bu, ölkə iqtisadiyyatında önəmli rol oynayır. Kənd təsərüfatında ölkə əhalisinin 3,5 faizi məşğul olur. İsrail özünü 95 faiz qida məhsulları ilə təmin edir. Ölkə yalnız bəzi taxıl və zeytun məhsulları, ət, qəhvə, kakao və qənd idxal edir; bu isə ,ölkədən böyük çeşiddə ixrac edilən məhsullarla konpensasiya edilir.
Qeyd etmək istərdim ki, İsraildə yetişdirilən tərəvəz, meyvə və gülün çox hissəsi örtülü şitillikdə becərilir. Bərk torpaqda pamidorun orta məhsuldarlığı bir ha-da 60-80 ton təşkil edirsə, örtülü şitillikdə, kompüterlərlə nəzarət edilən iqlim şəraitində bu göstərici - 500 tona bərabərdir, bibərin məhsuldarlığı isə - 180-200 ton təşkil edir. Və bu hələ son deyil. İsraillilər dünya ərzaq bazarında öz "taxçalarını" tutublar. Qış aylarında Avropada təzə məhsullar çatışmayanda, İsrail meyvə - tərəvəzinə, otuna -gülünə böyük tələbat var. Kənd təsərüfatı məhsullarının 37 faizi Aİ ölkələrinə, 20 faizi - Şimali Amerikaya, 3 faizi - Afrikaya ixrac edilir.
İsrail kənd təsərüfatının sirri fermerlərin, hökümətin maliyyələşdirdiyi alimlər tərəfindən kənd təsərrüfatının bütün sahələrində təkmilləşdirilmiş üsulların hazırlanması və tətbiqi, həmçinin, texniki yeniliklərin, müasir irriqasiya texnologiyaları və ən yeni aqrotexniki avadanlığın istifadəsində sıx əməkdaşlığından ibarətdir. Bizdə İsrail ginetikası və biotexnikasının əsl möcüzələri var. Bu möcüzələri azərbaycanlı həmkarlar və fermerlərlə bölüşməyə hazırıq.
Ümmumilikdə, gördüyünüz kimi, İsrail kənd təsərüfatında ən qabaqcıl texnologiyalar tətbiq edilir. Resurslardan çox səmərəli istifadə olunur. Səhra qurudulur, quraqlıq rayonlara su verən ümumisrail su kəməri inşa edilib. Kənd təsərüfatı ehtiyaclarına sərf olunan sudan səmərəli istifadə məqsədilə, qabaqçıl və qənaətə imkan verən suvarma üsulları tətbiq edilir. Bu üsul nəmi birbaşa bitkilərin kökünə yönləndiriməyə imkan yaradır. Kompüter texnologiyaları geniş istifadə olunur. Parnik təsərüfatı da genişlənir. Ölkənin su resurslarının zənginləşdirilmə, yağışın yağması və gücləndirilməsi, duzlu suların şirinləşdirilməsi və çirkab sularının qaytarılması proqramları hazırlanır. Bu günlərdə Neqev səhrasında aşkar olunan iri təbii yeraltı duzlu su rezervuarının istismarına başlanıb. Tədqiqatlar göstərir ki, sözügedən su müəyyən bitkilərin becərilməsində istifadə oluna bilər.
- Bakıya səfər çərçivəsində, azərbaycanlı həmkarınızla hansı məsələləri müzakirə etməyi planlaşdırırsınız?
- Azərbaycanlı həmkarım İsmət Abbasovla görüşmək mənə xoşdur. Hesab edirəm ki, gələcək əməkdaşlıq üçün bir çox təmas nöqtələri və parametrlərimiz var. Azərbaycanla öz təcrübəmizi bölüşməyə hazırıq. Bununla yanaşı, bir çox ölkələr və regionlar üçün İsrailin irriqasiya və hidrologiya texnologiyalar sarıdan təcrübəsi çox dəyərlidir. Müəyyən sahələrə tətbiq edilən tədqiqatlar və kənd regionlarının kompleks inkişafı təcrübəsi böyük maraq doğurur.
Hazırda beynəlxalq kooperasiyada müxtəlif kənd təsərüfatı və birgə elmi-tədqiqat layihələri bütün İsrail profammlarının təxminən üçdə birini təşkil edir. Təlimə xüsusi diqqət ayrılır. İsraildə xüsusİ kənd təsərrüfatı kurslarında hər il 60 ölkədən təxminən 600 nəfər təhsil alır. Ölkənin xaricində israilli təlimatçıların rəhbərliyi altında təxminən 300 nəfər təhsil alır. Azərbaycanlı fermerlərə təlim keçməyə hazırıq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]