...

Lerikdə ev heyvanlari və quşlari peyvənd edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2008 09:22 (UTC +04:00)

Azərbaycan, Lənkəran. 17 may / Trend müxbir P.Əliyeva / Lerik rayonunun baytarlıq idarəsi ilk mərhələdə rayonda peyvənd kampaniyasını başa çatdırıb. Bu barədə məlumatı rayon baytarlıq idarəsinin rəisi Güləmirzə Tağıyev verib.

Onun sözlərinə görə rayon üzrə qarayaraya qarşı 108 700 dozada vaksin 36 531 baş iribuynuzlu, 54 min baş xırdabuynuzlu mal-qaraya, 4518 baş təkdirnaqlı heyvana vurulub. Dabaq xəstəliyinə qarşı 16 000 iribuynuzlu, 19 845 xırdabuynuzlu mal-qaraya peyvənd edilib, bu məqsədlə müvafiq olaraq 37 650 və 10 min dozada vaksin istifadə olunub.

Martda 169 728 baş iribuynuzlu, 2975 baş xırdabuynuzlu mal-qarada bruselyozun serroloji müayinəsi aparılan zaman 6 iribuynuzluda bu xəstəlik aşkar edilərək onlar məhv edilib, hazırda heyvanlarda bu xəstəlik yoxdur.

Vərəm-allerji peyvəndi 4495 baş iribuynuzluya,çiçək peyvəndi isə 19 987 xırdabuynuzlu mal-qaraya edilib. Altı aydan sonra 8 min cavan iribuynuzlu mal-qarada təkrar vaksinasiya aparılacağı bildirilib.

Quduzluq əleyhinə 3459 it peyvənd olunub. 20min ev quşlarına taun əleyhinə peyvənd aparılıb. Baytarlıq idarəsinin rəisi 37 min kv.metr sahədə dezinfeksiya işinin aparıldığını da söyləyib.

Xəbər lenti

Xəbər lenti