...

"Nurgun Motors" Nissan Teana-nın yeni modelini təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2008 15:19 (UTC +04:00)
"Nurgun Motors" Nissan Teana-nın yeni modelini təqdim edib

Azərbaycan, Bakı, 20 iyun/ Trend / Nissan-ın Azərbaycandakı rəsmi distribütoru "Nurgun Motors" cümə günü Bakıda Nissan Teana-nın yeni modelini təqdim edib.

Yeni avtomobilin qiyməti modelindən asılı olaraq 27,7 min manatdan 39 min manatadək dəyişir.

Nissan Teana-nın modelləri maksimal gücü 100 at gücündən 185 at gücünədək olan 2 l (V4), 2,5 l (V6) və 3,5 l (V6) həcmli mühərriklərlə təchiz olunub.

Yeni model tamamilə yenilənmiş V6 Nissan Xtronic CVT mühərriki ilə təchiz olunub və bu yolda tam təhlükəsizliyə zəmanət verir.

"Nurgun Motors"dan bildiriblər ki, yeni modelin birinci partiyasında ölkəyə 50 yeni avtomobil gətirilib və onların hamısı artıq alınıb. Yaxın vaxtlarda daha 20 avtomobil gətiriləcək.

Xəbər lenti

Xəbər lenti